Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan əhalisi bu ilin yanvar-may aylarında ərzaq məhsullarına 11 milyard 39 milyon manat vəsait xərcləyib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 5 ayı ilə müqayisədə 2% çoxdur.
Məlumata görə, hesabat aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 421,3 manatlıq, o cümlədən 237,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 184,2 manatlıq qeyri-ərzaq malları alıb.
Bizi sosial şəbəkələrdən izləyin!!