Ölkə bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 47% artırıblar | Banco.az

Ölkə bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 47% artırıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin ilk 9 ayında manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Blumberq” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib.

Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın hərəkət edib. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6946 manat, satış məzənnəsi isə 1.7021 manat təşkil edib. Beləliklə, banklar hər 100 dolların alqı-satqısından 75 qəpik gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,1% çoxdur.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6972 manat, satış məzənnəsi isə 1.7023 manat təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et