Ölkə bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 3% artırıblar | Banco.az

Ölkə bankları valyuta mübadiləsi üzrə gəlir marjasını 3% artırıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin 6 ayında (yanvar-iyun) kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6950 manat, satış məzənnəsi isə 1.7021 manat təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, beləliklə, banklar hər 100 dolların alqı-satqısından 71 qəpik gəlir əldə ediblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.9% çoxdur.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6955 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram