Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək | Banco.az

Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək

2020-ci il Yay Olimpiya oyunlarının koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınması Yaponiyaya 2,8 milyard dollara başa gələcək.

Bunu Tokioda keçiriləcək Olimpiya oyunlarının təşkilat komitəsi bildirib.

Qeyd olunub ki, əlavə xərclər Tokio 2020 təşkilat komitəsi, Tokio şəhər rəhbərliyi və Yaponiya hökuməti tərəfindən qarşılanacaq.

Tokio şəhər rəhbərliyi xərclərin 1,15 milyard dollarını, təşkilat komitəsi 990 milyon dollarını, Yaponiya hökuməti isə 683 milyon dollarını qarşılayacaq.

Qeyd edək ki, 2020-ci il Tokio Yay Olimpiya oyunlarının 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur.

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et