Oktyabrda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsait açıqlanıb | Banco.az

Oktyabrda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsait açıqlanıb

Bu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

Oktyabrda Muxtar Respublikaya verilən elektrik enerjisinin ümumi həcmi 31 212 min kvt/saat təşkil edib. Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi dəyəri 2 626,2 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 2 626,1 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 100% olub.

Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 2 962 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 219,1 min manat, daxil olan vəsaitin həcmi 219,1 min manat olub.

Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 304 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 21,6 min manat, daxil olan vəsaitin həcmi isə 21,6 min manat təşkil edib.

Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 941 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 67,3 min manat, daxil olan vəsaitin həcmi isə 67,3 min manat olub.

Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 968 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 68,2 min manat, daxil olan vəsaitin həcmi isə 68,2 min manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 2 165 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 153,1 min manat, daxil olan vəsaitin həcmi 153,1 min manat təşkil edib.

Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 264 min kvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 18,6 min manat, daxil olan vəsaitin həcmi 18,6 min manat olub.

Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 832 min kvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 59,9 min manat, daxil olan vəsaitin həcmi 59,9 min manat olub.

Oktyabrda Babək rayonuna verilən elektrik enerjisinin ümumi həcmi 1 614 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 113,8 min manat, daxil olan vəsaitin həcmi 113,8 min manat olub. Ötən ay bütün rayonlarda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Bu ilin on ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 21 162 min kvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 904,6 min manat, daxil olan vəsaitin həcmi 1 904,5 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et