Oktyabrda Avrozonanın işsiz əhalisinin sayı azalıb | Banco.az

Oktyabrda Avrozonanın işsiz əhalisinin sayı azalıb

Tamara Mustafayeva, Banco.az

Avrozonada işsizlik göstəricisi oktyabr ayında geriləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Avropa Statistika Komitəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozona üzrə oktyabr ayının işsizlik göstəricilərini yayımlayıb.

Buna görə, Aİ-də sentyabr ayı üzrə 6,7% olan mövsümi amillərin istisna edildiyi işsizlik göstəricisi oktyabr ayında da eyni səviyyəni saxlayıb. Avrozonada isə sentyabr ayında 7,4% hesablanan müvafiq göstərici oktyabr ayında 7,3%-ə geriləyib.

Ötən ilin eyni dövründə işsizlik göstəricisi Avrozonada 8,4%, Aİ-də isə 7,5% müəyyən edilmişdi.

Qeyd edək ki, ayrı-ayrı ölkələr baxımından nəzər saldıqda isə görürük ki, oktyabr ayında İspaniyada işsizlik 14,5%, İtaliyada 9,4%, İsveçdə 8,7%, Fransada 7,6%, Almaniyada 3,3% qeydə alınıb. 

Ən sərfəli kredit üçün müraciət et

Aİ-də işsiz əhalinin sayı oktyabr ayında 14 milyon 312 min, Avrozonada isə 12 milyon 45 min nəfər hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et