Oktyabr ayında maliyyə bazarına üz tutan Banklar | Banco.az

Oktyabr ayında maliyyə bazarına üz tutan Banklar

16 oktyabr 2014-cü il Bank Standard

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AB Standard" qapalı səhmdar cəmiyyətinin qapalı yerləşdirmə üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 100  manat olan 88 100 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001005722 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 

16 oktyabr 2014-cü il Azər-Türk Bank

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Azər-Türk Bank" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 36 552 682 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1003004426 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 

17 oktyabr 2014-cü il Dekabank

Ən sərfəli kredit üçün müraciət et

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Dekabank" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin nominal dəyəri 1100 manat olan 47970 ədəd adi sənədsiz adlı səhmlərin buraxılışı AZ1005005397 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.  Səhmlər "Dekabank" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin qeydiyyat nömrəsi AZ1004005398 və nominal dəyəri  500 manat olan 47970 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

27 oktyabr 2014-cü il Parabank

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Parabank" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 200 manat olan 36 583 ədəd imtiyazlı sənədsiz adlı səhmlərinin buraxılışı AZ3001003806 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et