Oktyabr ayında Bakıda Adam Smit İnstitutunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək | Banco.az

Oktyabr ayında Bakıda Adam Smit İnstitutunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Cari ilin 15-16 oktyabr tarixlərində Bakıda Adam Smit İnstitutunun təşkilatçılığı ilə "Xəzər regionunda ən dinamik iqtisadiyyatın uğurlu gələcəyini quraq" devizi altında "Azərbaycanda korporativ maliyyə" adlı beynəlxalq konfrans təşkil olunacaq.

Konfransın əsas mövzuları:

- İşgüzar mühit və qanunvericilik bazası: Azərbaycanın tənzimləyici orqanları maliyyə bazarlarının inkişafına və gələcəkdə kapital bazarlarına çıxışın təmin olunmasına dəstək vermək məqsədilə hansı addımları atmışdır?

- Beynəlxalq kapital bazarlarına çıxış: beynəlxalq kredit tarixinin və gəlirlilik əyrisinin formalaşması. Suveren avroistiqrazların debüt buraxılışının təhlili - istiqrazların beynəlxalq bazara çıxışı üzrə prosessin, tələb və təklifin, Azərbaycanın maliyyə institutlarının və korporasiyaların perspektivlərinin qiymətləndirilməsi.

- Daxili fond bazarının potensialının reallaşdırılması: Bakı Fond Birjasında hərracların həcmini necə artırmaq mümkündür? Korporativ istiqrazlar, derivativ (törəmə) məhsullar və digər investisiya alətləri bazarlarının inkişaf imkanları.

- Azərbaycanın investisiya xəritəsi - kreditləşmə alətləri və birbaşa investisiyalar. Kredit bazarı - korporativ tələblər və bankların xarici maliyyələşdirmə imkanları arasında balans yaratmaq.  Müəssisənin fəaliyyət müddəti artdıqca onun borclanma strategiyaları hansı formada inkişaf etdirilir? Birbaşa investisiyalarda əsas prioritet - müəssisənin səhmdar kapitalına yatırılan sərmayənin fasiləsiz artım potensialının qiymətləndirilməsi.

Ən sərfəli kredit üçün müraciət et

- Ticarət əməliyyatlarının maliyyələşdirilməsi - Azərbaycan regional ticarətin mərkəzi kimi. Azərbaycanda və Xəzər dənizi regionunda maliyyə əməliyyatlarının genişləndirilməsi məqsədilə hansı perspektivlər və tendensiyalar mövcuddur?

- Azərbaycanda investisiya üzrə konsaltinqin inkişafı: Azərbaycanın maliyyə institutlarında investisiya üzrə konsaltinq imkanlarının genişləndirilməsi.

- Azərbaycanda fəaliyyət göstərən korporasiyalar üçün nəzərdə tutulmuş xarici investisiya strategiyaları: coğrafi iştirakın genişləndirilməsi zamanı meydana çıxan başlıca xüsusiyyətlər və çətinliklər nədən ibarətdir?

İnteraktiv formatlar:

- Tematik dəyirmi masalar

- Diskussiya və debatlar

- Mühasibat (maliyyə) hesabatlarının beynəlxalq maliyyə standartları üzrə təcrübə

- Məqsədli auditoriya ilə işgüzar ünsiyyət

- Axşam saatlarında kokteyl ziyafəti

 Son xəbərlər və məruzəçilərin təsdiqi: http://www.adamsmithconferences.com/AS2337PRBC