OECD rəqəmsal vergilərlə bağlı razılaşmanı zəruri sayır | Banco.az

OECD rəqəmsal vergilərlə bağlı razılaşmanı zəruri sayır

Beynəlxalaq rəqəmsal vergi standartlarını müəyyənləşdirmək üçün səylər göstərən İqtisadi Əməkdalşlıq və İnkişaf Təşkilatının (OECD) açıqlamasında transmilli şirkətlərin sərhədləri aşan əməliyyatlarda vergi tənzimləmələrinə əməl etməməsinin qarşısının alması məqsədi daşıyan BEPS (baza məbləğinin aşındırlması və gəlirlərin köçürülməsi) tədbirlər planı ilə bağlı 137 ölkənin iki təməl prinsip üzərində razılığa gəldiyi bildirilib.

Açıqlamada bu prinsiplərin "qlobal minimum vergi" və "rəqəmsal xidmətlər üzərindəki vergiqoyma haqlarının ölkələr arasında, xüsusilə sənayeləşmiş və inkişaf etməkdə olan ölkələr arasında yenidən bölüşdürülməsi" olduğu qeyd edilib.

OECD-nin açıqlamasında rəqəmsal iqtisadiyyatda böyük şirkətlərin vergiyə cəlb edilməsi ilə bağlı görüşlərin nəticəsiz qalması və bunun ticarət müharibəsinə yol açacağı halda dünya üzrə ümumi daxili məhsulun 1 faiz itkiyə məruz qalacağı barədə xəbərdarlıq edilib.

Ən sərfəli kredit üçün müraciət et

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et