OECD ölkələrində neft ehtiyatları son 5 ilin orta səviyyəsindən azdır | Banco.az

OECD ölkələrində neft ehtiyatları son 5 ilin orta səviyyəsindən azdır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində kommersiya neft ehtiyatları ötən ilin noyabr ayında 16 milyon barel azalaraq 2 milyard 721 milyon barel təşkil edib.

Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 389 milyon barel, son 5 ilin orta səviyyəsindən də 247 milyon barel azdır.

OECD ölkələrində hazırda mövcud olan neft ehtiyatları onların 60,7 günlük ehtiyaclarını görür ki, bu da illik müqayisədə 13,2 gün, son 5 ilin orta səviyyəsinə nisbətən də 3,2 gün azdır.

Qeyd edək ki, neft ehtiyatlarının son 5 ilin orta miqdarı OPEC+ formatı çərçivəsində hasilatı artırıb-azaltmaqda başlıca istinad nöqtəsidir.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et