ÖDƏNİŞLƏRİN NƏSİL DƏYİŞİKLİYİ — YENİ ERA | Banco.az

ÖDƏNİŞLƏRİN NƏSİL DƏYİŞİKLİYİ — YENİ ERA

İqtisadiyyat, pul və ödəniş üsullarımız daş dövründən bəri bir çox dəyişikliklərə məruz qalıb. Bütün bunlar bir növ olaraq irəliləyişimizin kritik göstəriciləridir. İbtidai ödəmə üsulları bizim ibtidai yaşayış tərzimizi göstərirdisə, qabaqcıl texnologiya ilə təchiz edilmiş mövcud ödəniş üsulları bugünkü texnoloji nailiyyətlərimizə söykənir.

Ödənişlərin rəqəmsallaşdırılması asan, rahat, sürətli və təhlükəsiz ödəniş metoduna nail olmaq məqsədinə doğru böyük bir sıçrayış idi. Biz demək olar ki, bunların hamısına nail olmuşuq. Rəqəmsal ödəniş üsulları dörd-beş il ərzində böyük inkişaf gördü və bizi gələcəkdə daha çox dəyişikliklər gözləyir.

Payments Dive-in hesabatına görə, 2021-ci ildə təxminən 2,8 milyard mobil pul kisəsi istifadəçisi var idi və 2025-ci ilə qədər bu rəqəmin 4,87 milyarda çatacağı proqnozlaşdırılır.

Juniper Research-in məlumatına görə, 2023-cü ilə qədər mobil pul kisəsi əməliyyatlarının həcmi qlobal miqyasda 49 milyard dollara qədər artacaq. Buna görə də Apple, Google və Samsung kimi bir çox böyük şirkətlər bu əməliyyatlardan özünə pay götürmək üçün mobil pul kisələri təqdim etməyə başlayıblar.

Ölkəmizdə də bu barədə ciddi addımlar atılır. Erkən dövrlərdə müxtəlif kiçik çaplı elektron pul kisələri istifadəçilərə təqdim olundu. Daha sonra PashaPay şirkəti m10 elektron pulqabısını bazara daxil etdi. Bu cür ödəmə yollarının təhlükəsizliyi, vaxta qənaəti və müxtəlif bonusları kütlə üçün göydəndüşmə oldu.

Ən sərfəli kredit üçün müraciət et

Bir həqiqət var ki, rəqəmsal ödənişlər gələcəkdir. Maliyyə texnologiyalarının həyatımızı asanlaşdıran məqamları süni intellektin tətbiqidir ki, yerli məhsullarda da bu cür xidmətlər sürətlə tətbiq edilir. Təbii dilin emalı, üz tanıma, neyrolinqvistik proqramlaşdırma, personalizasiya kimi köməkçilər rəqəmsal pulqabılardan istifadəni daha rahat və təhlükəsiz edir.

Qısaca desək, mobil pul kisəsi asan, sürətli və nağdsız ödəniş xidmətləri göstərmək üçün ən sərfəli  seçimdir. Müasir və zamanın nəbzində yaşaya bilən vətəndaşlar belə xidmətlərdən faydalanaraq öz maliyyə imkanlarını genişləndirməyi bacarırlar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et