Ödənişləri niyə plastik kartlarla etmirik? | Banco.az

Ödənişləri niyə plastik kartlarla etmirik?

İndi ölkədə maaşların və pensiyaların böyük qismi plastik kartlar vasitəsilə ödənilir. Üstəlik bu göstərici hər il artmaqdadır. Ancaq vətəndaşların istifadəsində 6 milyondan çox plastik kart olmasına baxmayaraq ölkədə nağdsız ödənişlərin səviyyəsi istənilən səviyyədə deyil. Əksər vətəndaşlar maaş və ya pensiya alan kimi kartdan pulu dərhal çıxartmaq üçün bankomat axtarır. Halbuki elə həmin kart vasitəsilə də bütün ödənişləri həyata keçirmək mümkündür. Müşahidələr həmdə onu deməyə əsas verir ki, vətəndaşlar əksər hallarda plastik kartlarla alış-veriş etməkdə maraqlı olmur. Bununla yanaşı çoxları pulu plastik kartda saxlamağın və nağdsız alış-veriş etməyin üstünlüklərindən xəbərsizdir.

Nağdsız ödənişlərin inkişaf etməməsinin bir səbəbi xidmət və ticarət obyektlərinin bəzilərində plastik kartlar vasitəsilə ödəniş etməyin mümkün olmamasıdır. Belə ki, kiçik ticarət obyektlərinin çoxunda POS terminallar ya ümumiyyətlə yoxdur, ya da işlək vəziyyətdə deyil. Digər səbəb isə insanların bir çoxunun xususilə yaşlı nəslin nümayəndələrinin ənənəvi ödəniş üsulundan müasirə keçid vərdişlərinə yiyələnməməsi və ya plastik kartlara etibar etməməsidir.

Əvvala maaş və ya pensiyanızı plastik kartda saxlamaqla pul çıxartmaq üçün bankomat axtarmaq və ya bankomatın qarşısında növbədə gözləmək iztirabından canınızı qurtarmış olarsınız. Bundan başqa iri məbləğdə pulu üzərində gəzdirməyin müəyyən riskləri var. Plastik kartınızı itirsəniz və ya onu kimsə oğurlasa belə, başqasının oradan pul çıxartması və ya ödəniş etməsi mümkünsüzdür.

İqtisadçı ekspert Vüqar Bayramov: “Plastik kartlar vasitəsilə ödəniş edən zaman artıq pullarının çıxarılması təhlükəsi və ya narahatçılığı ilə bağlıdır ki, vətəndaşlar hələ də plastik kartlardan artıq vəsaitin çıxarılmayacağına inanmırlar.  Onların bir qismi hesab edirlər ki, nağd hesablaşmalar daha uyğundu və nağd hesablaşmalarda onların aldanması və ya plastik kartın məlumatının üçüncü şəxslər tərəfindən götürülməsi mümkün deyil. Ölkədə nağdsız ödənişlərin genişləndirilməsi üçün təkcə inzibati metodlar kifayət etmir. Burada Stimullaşdırıcı metodlardan da istifadə olunmalıdır. Məsələn vətəndaşlardan 300 manatdan baha olan bütün məhsulların ödənişinin yalnız plastik kartlar vasitəsilə aparılması tələb oluna bilər. Bundan başqa əhalidə nağdsız hesablaşmalara marağı artırmaq üçün Türkiyənin təcrübəsindən istifadə etmək olar. Məsələn vətəndaş rüb ərzində 1000 manatlıq alış veriş edibsə, artıq rübün sonunda həmin 1000 manatın təxminən 5 faizi yəni 50 manatı vətəndaşın hesabına yatırılır. Praktik olaraq vətəndaşda stimul yaradır ki, plastik kartdan istifadə etsin.“

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa nağdsız ödənişlərin hamısı rəsmi qeydiyyata alınır və bu vəsaiti vergidən yayındırmaq mümkün deyil. Deməli, nağdsız ödənişlərin genişlənməsi həm də dövlət büdcəsinə daxil olmaların artması deməkdir. Yeri gəlmişkən nağdsız hesablaşmaların artmasında maraqlı olan Vergilər Nazirliyi ilk olaraq çıxış yolunu bütün ticarət və xidmət müəssisələrinin Posterminalla təmin olunmasında görür. Nazirlik üstəlik iri ticarət obyektlərində kartla alış-verişi stimullaşdırmaq məqsədilə Nagdsız ödə sürətli  keç” kompaniyasına da start verdi. Qeyd edək ki, 2014-cü ildə Azərbaycanda ticarət və xidmət müəssisələrində 51 min, ümumilikdə isə 82 minə yaxın yeni POS-terminal quraşdırılıb. Yeni quraşdırılan POS terminalların  əsas hissəsi isə regionların payına düşür.



atvxeber.com

Ən sərfəli krediti almaq üçün müraciət et