ABŞ-da kənd təsərrüfatındankənar məşğulluq artım göstərib | Banco.az

ABŞ-da kənd təsərrüfatındankənar məşğulluq artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da kənd təsərrüfatındankənar məşğulluq avqust ayında proqnozlardan aşağı düşüb.

Banco.az xəbər verir ki, ABŞ-da kənd təsərrüfatı sektoru istisna olmaqla məşğulluq avqustda 22 min nəfər artıb.

Bloomberg sorğusunda iştirak edən iqtisadçıların gözləntisi artımın 75 min olacağı istiqamətində idi.

İyul ayında məşğulluq artımı əvvəlcə 73 min olaraq açıqlanmışdı, lakin bu rəqəm 79 minə yenidən hesablanıb. Son iki ay üzrə isə 21 minlik aşağıya doğru düzəliş edilib.

Məlumatlar göstərir ki, avqust ayında ölkədə işsizlik 4,2 faizdən 4,3 faizə yüksəlib. İşsizlik səviyyəsi 2021-ci ildən bəri ən yüksək göstəriciyə çatıb.

İnflyasiya göstəriciləri baxımından nəzərə alınan orta saatlıq qazanc tərəfdə aylıq artım 0,3 faizlə gözləntilərə paralel olub.

Eyni dövrdə orta saatlıq qazancda illik artım 3,7 faiz təşkil edib. Bu göstəriciyə dair gözlənti isə 3,8 faiz idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram