Ödənişlər getdikcə nağdsızlaşır | Banco.az

Ödənişlər getdikcə nağdsızlaşır

Əvvəlki illərlə müqayisədə, əhali arasında nağd pul istifadəsi nəzərəçarpacaq şəkildə azalıb. Insanlar ödəniş edərkən plastik kartların imknalarından faydalanırlar. Bu dəyişiklik ölkədəki ATM və POS terminalların sürətlə artmasına təsir göstərir.

Banco.az olaraq 2015-ci ilin may ayı ərzində bankomatlar və POS terminalların sayındakı dəyişikliklə bağlı statistik məlumatları nəzərinizə çatdırırq.

Banco.az  Mərkəzi Banka İstinadən məlumat verir ki, cari ilin aprel ayı ilə müqayisədə ATM-lərin sayı 28 ədəd artaraq, 2670-ə çatıb.  Bu bankomatlardan 1506-u Bakının, 1164-ü isə regionların payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

Bir ay ərzində paytaxtdakı ATM-lərin sayında 22 ədəd artım  olub. Regionlarda isə 6 ədəd yeni bankomat istifadəyə verilib.

ATM-lərlə müqayisədə, POS terminalların sayındakı artım daha nəzərəçarpan olub. Belə ki, yanvar ayı ilə müqayisədə onların sayı artaraq 78324 -ə çatıb ki, bunun da 76892 -si pərakəndə ticarət mərkəzlərinin payına düşür. May ayı  ərzində ölkə ərazisində 285 ədəd yeni  POS terminal quraşdırılıb.

Regionlarda POS terminalların sayı 294 ədəd  artaraq 28215 –dən 28509-a yüksəlsə də, Bakıdakı POS-terminalların sayı regionlardakından təxminən 2 dəfə çoxdur.

Ən sərfəli krediti almaq üçün müraciət et