“Ödəniş kartları ilə dələduzluq hallarına qarşı effektiv mübarizə tədbirləri” | Banco.az

“Ödəniş kartları ilə dələduzluq hallarına qarşı effektiv mübarizə tədbirləri”

Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən bankların və prosessinq mərkəzlərinin nümayəndələri üçün “Ödəniş kartları ilə dələduzluq hallarına qarşı effektiv mübarizə tədbirləri” mövzusunda seminar keçirilmişdir.

Seminarda ödəniş kartları üzrə baş verən dələduzluq halları üzrə son statistik rəqəmlər və mövcud trendlər, daha geniş yayılmış dələduzluq halları və bu hallara qarşı mübarizə tədbirləri, habelə bu sahədə beynəlxalq təcrübə haqqında geniş məlumat verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Müzakirələr zamanı ödəniş kartları ilə dələduzluq hallarına qarşı mübarizə tədbirləri, “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən bu istiqamətdə həyata keçirilən son yeniliklər ətrafında da müzakirələr aparılmışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et