Ödəniş etmək bu qədər rahat olmamışdı! | Banco.az

Ödəniş etmək bu qədər rahat olmamışdı!

Azərbaycanın ən böyük onlayn xidmətlər portalı olan HESAB.AZ 2011-ci il aprelin 14-dən etibarən müştərilərinə böyük həvəslə xidmət göstərir. Portalın başlıca yaranma məqsədi insanlara elektron kommersiya xidmətlərini ən sərfəli, müasir, rahat və keyfiyyətli şəkildə təqdim etməkdir. Beləliklə hər bir istifadəçi mobil telefon, stasionar rabitə, kommunal, İnternet, Kabel TV və digər xidmətləri istənilən «Visa» və ya «MasterCard», «Maestro» kartları vasitəsilə onlayn ödəyə bilər.

Hal-hazırda Hesab.az istifadəçilərinin sayı 140.000-dən çoxdur və indiyə qədər portalda 6 milyondan çox əməliyyat həyata keçirilmişdir. Qeyd edək ki, onlayn əməliyyat və məlumatın təhlükəsizliyi müştərilərdə narahatlıq doğuran bir nömrəli məsələdir. Təəssüf ki, onlayn ödənişlər Azərbaycanda çox yeni olduğuna görə, əksər insanlar faktiki olaraq, “onlayn əməliyyat və məlumat təhlükəsizliyi”ndən xəbərdar deyillər. Hesab.az portalı ödənişlərini həyata keçirərkən istifadəçilərin təhlükəsizliyinizə dair tam təminat verir. Beləliklə  bütün ödənişlər GeoTrust TLS/SSL Encryption vasitəsilə şifrələnir. Nəzərinizə çatdıraq ki, GeoTrust şirkəti onlayn əməliyyatların şifrlənməsi (Təhlükəsiz Soket Protokol şifrlənməsi adlanır) sahəsində dünya lideridir.

Ən sərfəli kredit üçün müraciət et

Hesab.az  Unibank, Atabank, AGBank, Bank  of  Baku, Turan  Bank, Access Bank, Bank Standard, Rabitə  Bank,Yapı  Kredi Bank Azərbaycan, Dəmirbank, Bank Respublika, Embafinans, Flexi Credi, Nikoil Bank-dan daha rahat kredit almaq və banka getmədən, sıra gözləmədən kredit ödənişlərini onlayn həyata keçirmək imkanı yaratmışdır. Daim yenilikləri ilə müştərilərini sevindirən Hesab.az artıq sadəcə ödəmə portalı deyil, onlayn xidmətlər portalına çevrilib. Park Cinema və Hesab.az portalının birgə əməkdaşlığı nəticəsində siz növbələrdə vaxt itirmədən, onlayn biletinizi bu portal vasitəsilə ala biləcəksiniz! Eyni zamanda istifadəçilər müxətlif  bonuslar, hədiyyələr əldə edərək ödənişlərini daha əyləncəli şəkildə həyata keçirirlər.

Hesab.az ana səhifəsində ödənişlərin sayını izləmək üçün sayğac yerləşdirilmişdir. Portalın istifadəçiləri həftənin bütün günləri saat 08:30-19:30 aralığında *0713 qısa nömrəsilə əlaqə saxlayaraq Goldenpay Müştəri Xidmətlərindən istənilən məlumatı əldə edə bilərlər

Ən sərfəli krediti almaq üçün müraciət et