Nyu-York FED rəqəmsal dolları sınaqdan keçirəcək | Banco.az

Nyu-York FED rəqəmsal dolları sınaqdan keçirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Nyu-York FED ABŞ bankları ilə rəqəmsal dolları sınaqdan keçirəcək.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) Nyu-York şöbəsinin departamentlərindən biri rəqəmsal dolları sınaqdan keçirmək üçün onlarla bank və maliyyə institutu ilə əməkdaşlıq edəcək.

“Citigroup Inc.” və “Wells Fargo & Co.” kimi bankçılıq nəhənglərinin də daxil olduğu banklar 12 həftəlik sınaq çərçivəsində FED-in Nyu-York İnnovasiya Mərkəzi ilə yeni şəbəkə üzərində işləyəcək. Bu şəbəkə banklara öz vəsaitlərini təmsil edən rəqəmsal valyuta emissiyasını həyata keçirən müştərilərini simulyasiya etməyə imkan verəcək.

Yeni sistemin dünyanın müxtəlif yerlərindəki bankların və hökumətlərin istifadə etdiyi çoxsaylı sistemlərə görə uzun və yorucu bir proses olan nağd pul köçürmələrində yaşanan problemləri həll edəcəyi düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et