"Nvidia" yeni süni intellekt çipini təqdim etdi | Banco.az

"Nvidia" yeni süni intellekt çipini təqdim etdi

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ çip istehsalçısı Nvidia, "Blackwell" adlı yeni nəsil çip arxitekturası ilə yeni süni intellekt çipini təqdim edib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin Baş İcraçı Direktoru (CEO) Jensen Huang, şirkətin GPU Texnologiya Konfransındakı (GTC) çıxışında bildirib.

Belə ki, Jensen Huang mövcud məlumatların miqdarının artacağını və daha da böyük qrafik emal vahidlərinin (GPU) yaradılması lazım olduğunu izah edib.

Şirkətin hazırkı çip arxitekturasının, Hopper-in "fantastik" olduğunu, lakin daha böyük GPU-lara ehtiyac duyduğunu ifadə edən Huang, riyaziyyatçı David Blackwellin adını daşıyan yeni nəsil çip arxitekturasını olduğunu vurğulayıb.

Huang qeyd edib ki, "Blackwell" çip deyil, platformanın adıdır.

Digər tərəfdən, şirkət tərəfindən edilən açıqlamada, "Blackwell" platformasının trilyon parametrlərə malik böyük dil modelləri üzərində real vaxt rejimində generativ süni intellektin yaradılmasına və işləməsinə, 25 dəfəyə qədər daha az xərc və enerji sərfiyyatına imkan verdiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada Amazon Web Services, Dell Technologies, Google, Meta, Microsoft, OpenAI, Oracle, Tesla və xAI kimi şirkətlərin Blackwell-dən istifadə edəcəyi gözlənilən şirkətlər arasında olduğu qeyd edilib.

Həmçinin bildirildi ki, ilk "Blackwell" çipi GB200 bu ilin sonunda buraxılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et