Nüvə danışıqları neftin qiymətini bahalaşdırdı | Banco.az

Nüvə danışıqları neftin qiymətini bahalaşdırdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yenidən bahalaşıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, neft Səudiyyə Ərəbistanının hasilatın azaldılması üçün təzyiq göstərəcəyi ehtimalının dəyərləndirildiyi OPEC+ iclasından əvvəl və İranın nüvə sazişini hərəkətə keçirmə səylərində problemlər yaşanması ilə həftə ərzində qeydə alınan itkilərinin bir hissəsini bərpa edərək bahalaşıb.

ABŞ xam nefti əvvəlki üç gündə təxminən 11 faiz ucuzlaşdıqdan sonra dəyər qazanmağa başlayaraq bir barelinin qiyməti 88 dolları ötüb.

Brent markalı neftin bir bareli isə 1,63 faiz bahalaşmaqla 93.87 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et