Noyabrda İngiltərədə ərzaq qiymətləri bahalaşıb | Banco.az

Noyabrda İngiltərədə ərzaq qiymətləri bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu ilin noyabr ayında İngiltərədə ərzaq qiymətləri 12,4 artıb.

Banco.az xəbər verir ki, Britaniya Pərakəndə Satış Konsorsiumu (BRC) bu ilin noyabrında ölkədə ərzaq qiymətlərinin enerji, heyvan yemi və nəqliyyat xərclərinin artması səbəbindən aylıq 12,4 faiz bahalaşdığını bildirib.

Ötən ay (oktyabrda) ərzaq qiymətlərinin 11,6 faiz olduğu qeyd edilən açıqlamada Ukraynada davam edən müharibənin ərzaq qiymətlərinin bahalaşmasına təkan verən faktor olduğu vurğulanıb.

Oktyabr ayında təzə ərzaq məhsullarının qiyməti 13,3 faiz, noyabrda isə 14,3 faiz artıb.

BRC-nin açıqlamasında bildirilir ki, Britaniya marketlərindəki qiymətlər də bu ilin oktyabr ayında illik 6,6 faiz, noyabrda 7,4 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram