Noyabrda Almaniyanın ixracatı azalıb | Banco.az

Noyabrda Almaniyanın ixracatı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyadan xarici ölkələrə ixrac həcmi ötən ilin noyabrında azalıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, ölkədə mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış ixrac həcmi noyabr ayında 0,3 faiz azalaraq 135,1 milyard avro olub.

Sözügedən dövrdə idxal isə 3,3 faiz azalaraq 124,4 milyard avroya düşüb. Beləliklə, Almaniyanın mövsüm və təqvim təsirlərindən kənarlaşdırılmış xarici ticarət kəsiri 10,8 milyard avro təşkil edib. 

Qeyd edək ki, Almaniyada noyabr ayı ixracının 73 milyard avroluq hissəsi Avropa İttifaqı (Aİ) ölkələrinə göndərilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et