Noyabr ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 459 vətəndaş müraciəti daxil olub | Banco.az

Noyabr ayında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 459 vətəndaş müraciəti daxil olub

2019-cu ilin noyabr ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ümumilikdə 459 müraciət daxil olub. Onların 103-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 356-sı telefon vasitəsilə edilib. Müraciətlərin əksəriyyəti icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilib.

Agentliyə daxil olan müraciətlərin 129-u müayinə, müalicə və cərrahi əməliyyatlar, 56-sı əlillik məsələləri, 32-si işə qəbul və əmək münasibətləri, 8-iambulator dərman təminatı, 25-i tibbi xidmətlərlə bağlı ödənişlər və 34-üisə digər məsələlər üzrə mövzuları əhatə edib.Telefon vasitəsilə edilən sorğu xarakterli müraciətlərin 175-i icbari tibbi sığortanın gələn ildən ölkə üzrə tətbiqi, icbari tibbi sığorta haqları və bu sahəni tənzimləyən qanunvericiliklə bağlı olub.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin noyabr ayında Agentliyin sosial şəbəkələrdəki səhifələrinə 270 vətəndaş müraciəti daxil olub.

Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb. Agentliyin fəaliyyətinə aid olmayan müraciətlər isə baxılması üçün aidiyyəti üzrə digər təşkilatlara göndərilib.

Qəbul qrafikinə uyğun olaraq noyabr ayında Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 26 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən tibbi sərfin qarşılanması, işlə təminat, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.