Novruzda harda dincələk? – TURLAR, QİYMƏTLƏR | Banco.az

Novruzda harda dincələk? – TURLAR, QİYMƏTLƏR

Bayram günlərində ölkədə 9 gün qeyri-iş günü olacaq. Bu günləri  xarici ölkəyə səyahət etməklə  fərqli və maraqlı qeyd  etmək mümkündür. Banco.az xəbər verir ki, Turda.Az turizm şirkətinin nümayəndəsi Çinarə Vəliyevanın Turizm.fins.az-a verdiyi məlumata görə,  bayram günlərində xarici ölkələrə tur sifariş edənlər  azlıq təşkil etmir. Şirkət nümayəndəsi vətəndaşların  əsasən Dubay, İstanbul  və digər istiqamətlərə tur sifariş etdiklərini deyib.

Dubay turu

Dubayın “Al Busta Hotel” və “Citymax Sharjah Hotel” 3 ulduzlu mehmanxanalarında 3 gecə 4 gün  qonaqlamaq  389 dollardır. Bu qiymətə səhər yeməyi, aviabilet, oteldə yerləşdirilmə və sığorta xərcləri daxildir. Qiymətə viza rüsumu və hava limanından hotelə transfer daxil deyil.

Qeyd edək ki, Dubaya viza rüsumu 75 dollardır. Transfer xidmətindən istifadə isə 20 dollardır.

Berlin turu

Turizm şirkətinin Almaniya paytaxtına təşkil etdiyi tur 20-23 mart tarixlərini əhatə edir. Tura 3 ulduzlu “Komfort Hotel AM studio”da 3 gecə 4 gün qonaqlama, səhər yeməyi, aviabilet və sığorta daxildir. Turun qiyməti  927 dollardı. Göstərilən məbləğə viza və transfer xərcləri daxil deyil.

Ən sərfəli kredit üçün müraciət et

Budapeşt turu

Macarıstan paytaxtında 3 gecə 4 gün 3 ulduzlu hoteldə qonaqlama 1 236 dollara başa gəlir. Bu qiymətə səhər yeməyi, aviabilet və sığorta daxildir.

Qeyd edək ki, digər səfirliklərdən fərqli olaraq Budapeşt səfirliyi hər bir turistdən bron etdiyi hotelin və geriyə avaiabiletin alınması barədə təsdiqedici sənəd tələb edir. Odur ki, Macarıstana getmək istəyən turistlər viza alınmasını səyahətə uzun müddət qalmış əldə etməlidir.

İstanbul turu

Turistlərin sevimli şəhərlərindən biri olan İstanbulda  qonaq olmaq azərbaycanlı turistə 522 dollara başa gələcək. Bu qiymətə 3 gecə 4 gün 3 ulduzlu “Yeşil Park hotel”də qonaqlama, səhər yeməyi, aviabilet  və sığorta daxildir.

Tiflis turu

Gürcüstan paytaxtında 3 ulduzlu “Tiflis hotel”də 3 gecə 4 gün qonaqlamaq turistlər üçün 410 dollara başa gələcək. Bu qiymətə oteldə yerləşdirilmə, səhər yeməyi və aviabilet daxildir.