Novruz bayramı günü Dollara təsir edə biləcək kritik qərar açıqlanacaq - NƏ GÖZLƏNİR? | Banco.az

Novruz bayramı günü Dollara təsir edə biləcək kritik qərar açıqlanacaq - NƏ GÖZLƏNİR?

19-20 Mart 2019-cu il tarixilərində ABŞ Mərkəzi Bankının (Fed) Mart ayı pul siyasəti iclası keçiriləcəklər. Fed-in Çərşənbə günü faiz qərarını açıqlayacağı gözlənilir.

Fed-in Çərşənbə günü faizləri sabit saxlayacağı ehtimal edilir. Fed-in faizin artırılması ilə bağlı gözləntisini "2019-da bir dəfə", ya da "2019-da faiz artırılmayacaq" olaraq dəyişdirəcəyi gözlənilir. Əgər 2019-cu ildə faizilərin artırılması tam təxirə salınarsa Dollar mühüm valyutalara qarşı ucuzlaşa bilər. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin Fed, balansın azaldılmasının nə vaxt sona çatacağına dair detalları bölüşəcək və sədr Cerom Pauel qərarın ardından mətbuat konfransı keçirəcəklər.
 
Bu həftə İngiltərə, Braziliya, Kolumbiya, İslandiya, İsveçrə, Filippin, İndoneziya, Rusiya, Tailand və Norveç mərkəzi banklarının da iclası keçiriləcəkdir.

marja