Növbəti ildən sahibkarlıq subyektlərini gözləyən yeniliklər açıqlanıb | Banco.az

Növbəti ildən sahibkarlıq subyektlərini gözləyən yeniliklər açıqlanıb

Gələn il yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xarici qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq olunduqdan sonra icazə veriləcək.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

AQTA sədri bildirib ki, bioloji aktiv qida məhsulları, qida və yem əlavələri və təbii mineral sular dövlət qeydiyyatına alındıqdan sonra onların istehsalı, emalı və dövriyyəsinə icazə veriləcək:

"Qida məhsullarının, eləcə də mineral suların üzərində "müalicəvi" sözünün yazılmasına icazə verilməyəcək və bu cür məhsulların idxalı, istehsalı mümkün olmayacaq. Qida məhsullarının markalanmasında Azərbaycan dilində məlumatlar olmadıqda həmin məhsulların idxalına və dövriyyəsinə icazə verilməyəcək".

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram