Növbəti bankda sədr dəyişikliyi | Banco.az

Növbəti bankda sədr dəyişikliyi

Kərimov Rüfət Fuad oğlu 3 mart 2015-ci il tarixindən isə "Bank Avrasiya" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunmuşdur.

Banco.az portalı Banka istinadən xəbər verir ki, O, 13 may 2014-cü il tarixindən Bank Avrasiya" ASC-nin İdarə Heyətinin Sədrinin Vəzifələrini müvəqqəti icra edirdi.

Kərimov Rüfət Fuad oğlu 2 iyul 1963-cü il tarixdə anadan olub. 1985-ci ildə Azərbaycan Texniki Universitetinin "Radiotexnika" fakultəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1985-ci ildə Bakı "Ulduz" Zavodunda mühəndis-texnoloq kimi başlamışdır və Mikroelektronika Texniki Bürosunun rəhbəri vəzifəsinə qədər çalışmışdır. 1992-ci ildən "Azakbank" BSB-də Aktiv və Passivlərin İdarə edilməsi şöbəsinin müdiri, 1997-ci ildən "Bank of Baku" SKB-də Fondlar Departamentinin direktoru vəzifələrində çalışmışdır. 1999-cu ildən "Most-Bank Azərbaycan"da (hazırda QSC "Bank Standard") Maliyyə və Mühasibat uçotu Departamentinin direktoru-baş mühasibi, 2005-ci ildən ASC "Xalq Bank"ın Maliyyə Departamentinin direktoru-baş mühasibi vəzifələrində çalışmışdır. "Xalq Bank"da çalışdığı müddət ərzində İdarə Heyətinin Üzvü seçilmişdir. 8 noyabr 2007-ci il tarixindən "Bank Avrasiya" ASC-nin İdarə Heyətinin Sədr Müavini vəzifəsində çalışmışdır və İdarə Heyətinin Üzvü seçilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

31 dekabr 2013-cü il tarixində “Bank Avrasiya”nın səhmdarları “Evro Standard” MMC (37.5%), “PMD Group” MMC (37.5%) və “Azbizneskom” MMC (25%)  olmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et