Növbəti 80 ildə dünya əhalisinin azalması qlobal iqtisadiyyatı dəyişəcək | Banco.az

Növbəti 80 ildə dünya əhalisinin azalması qlobal iqtisadiyyatı dəyişəcək

Tamara Mustafayeva, Banco.az

Dünyanın tanınmış tibb jurnallarından biri olan "The Lancet" nəşri yayımladığı yeni hesabatında dünya əhalisinin 2064-cü ilə qədər 9.7 milyard ilə rekord səviyyəyə çatmasına, 2100-cü ilə qədər isə 8.8 milyarda geriləməsinə dair proqnozlarını açıqlayıb.

Dünya əhalisinin sayında yüzilliyin ortalarından sonra azalma ehtimalı olduğunu bildirən araşdırma bununla da qlobal iqtisadiyyatın əsaslı dərəcədə dəyişəcəyini də proqnozlaşdırıb.

Bu gün ilə 2100-cü il arasında dünya əhalisinin sayının müxtəlif səbəblərdən azalacağına dair iddia irəli sürən jurnal əsas səbəb kimi isə əksər ölkələrdə doğum nisbətinin azalmasını göstərib.

Hesabatda qeyd edilib ki, növbəti 80 il ərzində əksər ölkələrdə əhali sayının azalmasının da öz növbəsində işyükü, təhsil, sosial xidmətlərin planlaşdırılması, iqtisadi artım, geosiyasi sabitlik və ətraf mühitlə bağlı mühüm təsirləri olacaq. 

2100-cü ildə yaş və cins baxımından işyükü nisbəti dəyişməzsə, işləməyən yetkin əhalinin işləyən kəsimə nisbətinin dünya miqyasında 1.16 faizə çatacağı, bunun isə 2017-ci ildəki 0.80 faizlik müvafiq göstəricidən yüksək olduğu vurğulanıb. Sözügedən göstərici isə dünya miqyasında hər bir işçinin 15 yaşdan yuxarı 1.16 işsiz insanı dəstəkləməli olacağı deməkdir. 

Bu tendensiyadan ən çox zərər çəkəcək ölkələr isə yaşı 65-dən aşağı olan insanların sayının azalması və 65-dən yuxarı olanların isə artması gözlənilən yüksək gəlirli ölkələr olduğu bildirilib. Çünki bu ölkələrdə 20-64 yaş aralığında olanların sayının azalacağı proqnozlaşdırılır.

Bu gün ilə 2100-cü il arasında əmək qabiliyyətli əhali sayında artım gözlənilən regionlar isə təkcə Böyük Səhrədan cənubdakı Afrika ilə Şimali Afrika və Yaxın Şərqdir.

Ən sərfəli kredit üçün müraciət et

The Lancet nəşri "Açıq Qapı" miqrasiya siyasətinin əmək qabiliyyətli əhali sayında azalma yaşayan ölkələr üçün olduqca əlverişli olduğunu vurğulayıb. Mətbuat konfransı keçirən jurnalın baş redaktoru Riçard Horton nitqində aşağıdakı ifadələrə yer verib:

"Afrika və Ərəb Dünyası dünyanın gələcək mənzərəsini formalaşdıracaq, Avropa və Asiya regionlarının isə dünya üzərindəki təsirlərinin azaldığına şahidlik edəcəyik. Yüzilliyin sonunda dünya Hindistan, Nigeriya, Çin və ABŞ güclərinin rəhbərliyi altında bir neçə qütbə bölünəcək. Bu, həqiqətən də yeni dünya deməkdir."

Həmçinin oxu: Karantinin başa çatması iqtisadiyyata daha çox zərər verə bilər

Bizi sosial şəbəkələrdən izləyin!!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et