Amerika və dünyada tanınan Amazon şirkətinin NASDAQ birjasında səhmlərinin bazar dəyəri 1 trilyon dollara çatdı. Bu haqda məlumatı TACC xəbər agenliyi yayıb.
Beləliklə də Amazon dəyəri 1 trilyon dollar olan ikinci belə şirkət ünvanına sahib oldu. Xatırladaq ki, ilk yer 1.1 trilyon dollarla Apple şirkətinə məxsusdur.
Apple haqda məlumatı burdan oxuya bilərsiniz.
Amazon haqda qısa olaraq bildirə bilərik ki, şirkət 1994-cü ildə qurulub və internet vasitəsilə müxtəlif çeşidli malların satışını həyata keçirir. Bundan əlavə şirkətin digər ölkələrdə də nümayəndəlikləri mövcuddur.
Həmçinin oxuya bilərsiniz: Microsoft və Walmart, Amazona qarşı güclərini birləşdirdilər
Nəcibə Yusifova, Banco.az