20 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103376S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 661,610,000.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi
100 000 000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 19.12.2019