Notların yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib

23 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının AMB 50102976S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 470 milyon 810 min 400 manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 21.11.2019

Ən sərfəli krediti almaq üçün müraciət et