Notlara tələb təklifi 2 dəfədən çox üstələyib | Banco.az

Notlara tələb təklifi 2 dəfədən çox üstələyib

9 Yanvar 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100273S dövlət qeydiyyat nömrəli, 250 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76%) ilə 99.4004 AZN (7.76%) arasında olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 534 milyon 46 min 400 manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76%), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 06.02.2019.

Ən sərfəli krediti almaq üçün müraciət et