Norveçlilər 1,1 trilyon dollara çatan fonddan pullarını çıxarmaq istəyir | Banco.az

Norveçlilər 1,1 trilyon dollara çatan fonddan pullarını çıxarmaq istəyir

Hər vaxt neft fondunun xalqa aid olduğunu vurğulayan Norveç hökuməti, son zamanlarda bu mövzuya bir az aydınlıq gətirməsi lazım olan bir vəziyyət ilə qarşılaşıb. Çünki Norveç xalqı 1,1 trilyon dollara çatan fonddan pullarını çıxartmaq istədiklərini söyləyir. 

Keçən ay 1,1 trilyon dollar ilə rekord qıran fonddan, norveçlilər paylarını çıxarıb çıxara bilməyəcəkləri barədə maraqlanırlar.  Norveç əhalisinin 5,3 milyon nəfər ətrafında olduğu nəzərə alındığında, fonddan adambaşına 200 min dollardan çox pay düşür.

Ən sərfəli kredit üçün müraciət et

Osloda fondu idarə edən "Norges Bank"ın sözçüsü Marthe Skaar, "İnsanların bu fondun hər kəsə aid olduğunun fərqində olması gözəldir" deyib və norveçlilərin pul çıxara bilməyəcəklərini, fondun gələcək nəsillər üçün qorunub saxlandığını söyləyib.

Skaar, bəzi norveçlilərin pul çıxara bilməyəcəklərini öyrəndikdən sonra məyus olacaqlarını qeyd edərək, bu vəziyyətin fondun gələcək nəsillərə fayda verməsi lazım olduğunu açıqlamaq üçün yaxşı bir fürsət yaratdığını söyləyib.  

marja

Ən sərfəli krediti almaq üçün müraciət et