"Nokia" şirkəti tarixinin ən böyük ixtisarlarına hazırlaşır | Banco.az

"Nokia" şirkəti tarixinin ən böyük ixtisarlarına hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Nokia” xərcləri azaltmaq planı çərçivəsində 14 min işçini ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Finlandiyanın telekommunikasiya avadanlıqları istehsalçıs “Nokia” ABŞ və Avropa operatorlarının beşinci nəsil mobil infrastruktur investisiyalarının azalması səbəbindən 14 min nəfəri işdən çıxarmağı planlaşdırır.

Şirkətdən edilən açıqlamaya görə, bu, kadr xərclərinin 10-15% azalması deməkdir və gələn il 400 milyon avro, 2025-ci ildə isə 300 milyon avro qənaət gözlənilir.

Şirkət Şimali Amerika başda olmaqla müxtəlif bazarlarda 5G avadanlıqlarının satışı yavaşladığı üçün üçüncü rübdə 4,98 milyard avro gəlir əldə edib. Ötən ilin eyni dövründə şirkətin satış gəlirləri isə 6,24 milyard avro olub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 5G avadanlığı istehsalçıları ABŞ və Avropa İttifaqının (Aİ) operatorları kapital xərclərini azaltdıqları üçün çətin günlərdən keçir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et