Nokia 60 ildən sonra ilk dəfə rebrendinq edib | Banco.az

Nokia 60 ildən sonra ilk dəfə rebrendinq edib

Müəllif - Aida İsaq, Banco.az

Finlandiya brendi “Nokia” 60 ildən sonra ilk dəfə rebrendiq edib. 

Banco.az xəbər verir ki, yeni loqoda çəhrayı və bənövşəyi rəngin fonunda “Nokia” sözünün futuristik üslubda yazılışı yer alır. Şirkətin direktoru Pekka Lundmarkın sözlərinə görə, müvafiq rebrendinq brendin biznes strategiyasındakı dəyişiklik planları ilə bağlıdır. O, eyni zamanda təmsil etdiyi şirkətin təkcə smartfon markası deyil həm də biznes texnologiyası brendi olmasını qeyd edib.

Qeyd edək ki, şirkətin məlumatına görə, “Nokia” qlobal səviyyədə liderliyi ələ keçirmək planlarını sürətləndirməyi və fəaliyyətlərini genişləndirməyi hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et