"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bank ötən ili 536,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 4 785,5 milyon manat məbləğində nizamnamə kapitalının 12,2%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2019-cu ildən mənfəətlə çıxmış 23 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 59,6%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə, Azərbaycanda 7-ci bankdır.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Bank of Baku" ASC tutub. Bank ötən il nizamnamə kapitalının 46,5%-i qədər mənfəət əldə edib. Xatırladaq ki, "Bank of Baku" kapitalının məbləğinə görə, 29 bank arasında ölkədə 24-cüdir.
Mənfəətinin kapitalına nisbətinə görə 3-cü yerə isə 27,8%-lik göstərici ilə "Bank Respublika" ASC sahib olub. Baxmayaraq ki, "Bank Respublika" nizamnamə kapitalının məbləğinə görə, ölkədə 16-cıdir.
Mənfəətlə işləyən qalan 20 bankdan 8-də sözügedən göstərici 10-25% arasında, 10 bankda 1-10% arasında, 2 bankda isə 0-1% arasında dəyişir.
|
№ |
Bankın adı |
Bankın illik mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
|
1 |
Kapital Bank |
59,6% |
|
2 |
Bank of Baku |
46,5% |
|
3 |
Bank Respublika |
27,8% |
|
4 |
Azərbaycan Beynəlxalq Bankı |
24,4% |
|
5 |
PAŞA Bank |
19,5% |
|
6 |
Unibank |
19,1% |
|
7 |
Express Bank |
17,0% |
|
8 |
Azərbaycan Sənaye Bankı |
12,8% |
|
9 |
Bank BTB |
11,3% |
|
10 |
Rabitəbank |
11,0% |
|
11 |
Bank Avrasiya |
10,7% |
|
12 |
Xalq Bank |
9,2% |
|
13 |
AFB Bank |
8,9% |
|
14 |
Premium Bank |
8,5% |
|
15 |
Yapı Kredi Bank Azərbaycan |
7,2% |
|
16 |
Naxçıvan Bank |
6,7% |
|
17 |
Zıraat Bank Azərbaycan |
6,3% |
|
18 |
Günay Bank |
3,3% |
|
19 |
NBC Bank |
2,1% |
|
20 |
Bank VTB Azərbaycan |
1,5% |
|
21 |
Azər-Türk Bank |
1,2% |
|
22 |
Turan Bank |
0,6% |
|
23 |
Yelo Bank |
0,0% |
|
24 |
AGBank |
-2,0% |
|
25 |
Pakistan Milli Bankı - Bakı |
-4,3% |
|
26 |
Muğan Bank |
-8,1% |
|
27 |
İran Milli Bankı - Bakı |
-22,5% |
|
28 |
Amrah Bank |
-28,0% |
|
29 |
Access Bank |
-34,7% |
|
30 |
Atabank |
Açıqlamayıb |
Renkinq
