Nizamnamə kapitalından ən yaxşı istifadə edən banklar | Banco.az

Nizamnamə kapitalından ən yaxşı istifadə edən banklar

Azərbaycanda fəaliyyət göstərən 26 bank bu ilin 1-ci yarısını 371,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il iyulun 1-nə malik olduqları 4 milyard 507,8 milyon manat məbləğində nizamnamə kapitalının 8,25%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-iyun aylarından mənfəətlə çıxmış 21 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 75,5%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə Azərbaycanda 7-cidir.

Fəaliyyət effektivliyinə görə, 2-cü yeri isə "Bank of Baku" ASC tutub. Bu bank ötən yarım ildə nizamnamə kapitalının 10,2%-i qədər mənfəət əldə edib. Bu arada, "Bank of Baku" kapitalının məbləğinə görə, 28 bank arasında 22-ci yerdə qərarlaşıb.

Mənfəətinin nizamnamə kapitalına nisbətinə görə 3-cü yerə isə 9,5%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC sahib olub. Xatırladaq ki, bu bank kapitalının məbləğinə görə, ölkədə 1-cidir.

Mənfəətlə işləyən qalan 18 bankdan 12-də sözügedən göstərici 1-9% arasında, 6 bankda isə 0-1% arasında dəyişir.  

Bankın adı

Bankın yarım illik 

mənfəətinin  / zərərinin

nizamnamə kapitalına nisbəti

1

Kapital Bank

75,5%

2

Bank of Baku

10,2%

3

Azərbaycan Beynəlxalq Bankı

9,5%

4

PAŞA Bank

8,7%

5

Unibank

7,2%

6

Naxçıvan Bank

6,2%

7

Bank Respublika

6,1%

8

Express Bank

5,9%

9

Azərbaycan Sənaye Bankı

5,6%

10

Premium Bank

4,9%

11

Xalq Bank

4,7%

12

AFB Bank

4,6%

13

Zıraat Bank Azərbaycan

3,5%

14

Rabitəbank

1,8%

15

Turan Bank

1,6%

16

Günay Bank

1,0%

17

Yapı Kredi Bank Azərbaycan

0,9%

18

İran Milli Bankı - Bakı

0,6%

19

Access Bank

0,6%

20

Bank VTB Azərbaycan

0,5%

21

Azər-Türk Bank

0,1%

22

Bank BTB

-0,2%

23

Muğan Bank

-1,8%

24

Pakistan Milli Bankı - Bakı

-2,5%

25

Bank Avrasiya

-3,2%

26

Yelo Bank

-3,9%

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et