Nissan yenilənmiş Leaf elektrokarını təqdim etdi | Banco.az

Nissan yenilənmiş Leaf elektrokarını təqdim etdi

Yaponiyanın Nissan şirkəti Leaf elektrikli hetçbekinin yenilənmiş generasiyasını təqdim edib.

Avtomobil ilk vaxtlarda yalnız yapon bazarında mövcud olacaq, lakin daha sonra istehsalçılar onu qlobal bazarda satışa çıxarmağı vəd ediblər. Elektrokarın əsas yenilikləri arasında yenidən işlənmiş avtopilot, sürətə və zolaq saxlama sistemlərinə nəzarət, parkinq zamanı köməkçi və maksimal təhlükəsizliyə səbəb olan digər sistemlər yer alır.

Salona yeni seçimlərlə multimedia kompleksinin iri ekranı yerləşdirilib. Avtomobil ümumilikdə 300 at gücü olan iki elektromotorla satışa çıxarılacaq. Leaf elektrokarının qiyməti hələ açıqlanmayıb.

Ted.az