"Nissan" 2027-ci ilə qədər 30 yeni model təqdim edəcək | Banco.az

"Nissan" 2027-ci ilə qədər 30 yeni model təqdim edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Nissan" 2027-ci ilə qədər bazara 30 yeni model çıxaracaq.

Banco.az xəbər verir ki, Yaponiyanın üçüncü ən böyük avtomobil istehsalçısı olan "Nissan" orta müddətli biznes planının yenilənmiş versiyasını dərc edib.

"Nissan Motor" bəyanatında növbəti üç il ərzində bazara 30 yeni model avtomobil buraxacaqlarını bildirib.

Digər tərəfdən şirkət xərcləri azaltmağı və qlobal satışlarını 1 milyon avtomobil artırmağı hədəfləyəcəyini açıqlayıb.

"Nissan" müəyyən edilmiş tarixə qədər tam akkumulyatorla işləyən avtomobillərin qlobal satışlarının təxminən beşdə birini, hibrid enerji sistemləri ilə işləyən avtomobillərin növbəti beşdə birini, yalnız daxili yanma mühərrikləri ilə işləyən avtomobillərin qalan 60 faizini təşkil edəcəyini gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et