“Nikoil Bank”a yeni səhmdar gəlib | Banco.az

“Nikoil Bank”a yeni səhmdar gəlib

“Nikoil Bank” ASC-nin səhmlərinin 7,97%-nə nəzarət edən "Nikoil" QSC payını kənar investora satıb.

Bu barədə “Report”a Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia məlumat verib.

Onun sözlərinə görə, söhbət “Nokil Bank”ın 91,84%-lik səhmdarı olan “Topaz Investments” QSC ilə eyni holdinqdə təmsil olunan şirkətdən gedir. Bununla belə, sədr yeni səhmdarın adını açıqlamayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, səhmlərin alqı-satqısı mayın 12-də Bakı Fond Birjasında baş tutub. Birjanın Listinq Komitəsinin qərarı ilə mayın 10-dan ticarətə buraxılmış, hər birinin nominal dəyəri 2 manat olan 7 351 398 ədəd səhm təkrar bazarda 0,1 manatdan realizə edilib.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmdarları arasında "ISR Holding" MMC (0,19%) də var.