“Nikoil Bank” nizamnamə kapitalını yenidən artırır | Banco.az

“Nikoil Bank” nizamnamə kapitalını yenidən artırır

“Nikoil Bank” ASC nizamnamə kapitalını 35,5 mln. manat və yaxud 19,24% artıraraq 220 mln. manata çatdıracaq.

Bunun üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 17,75 mln. ədəd yeni səhm buraxılacaq.

Səhmlər qapalı üsulla Bakı Fond Birjasında yerləşdiriləcək. Onları bankın mövcud səhmdarlarının alacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Hazırda unun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın səhmlərinin 91,84%-i “Topaz Investments” QSC-yə, 7,97%-i adı açıqlanmayan fiziki şəxsə, 0,19%-i isə "ISR Holding" MMC-yə məxsusdur. 

Mənbə: Report.az