Nikoil Bank-da yeni TƏYİNAT | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Nikoil Bank-da yeni TƏYİNAT

Nikoil Bank-da yeni təyinat olub!

Belə ki, bankın uzun müddət boş qalan Audit Komitəsinin sədri vəzifəsinə yeni təyinat olub. Banco.az bankın saytına istinadən xəbər verir ki, Allahverdiyev Hikmət Faiq Oğlu Nikoil Bank-ın Audit Komitəsinin sədri vəzifəsinə gətirilib.

Qeyd edək ki, Hikmət Allahverdiyev 2002-ci ildən "Moore Stephens Azerbaijan" audit şirkətində direktor vəzifəsində çalışıb. Həmçinin, PricewaterhouseCoopers, Azercell Telecom kimi şirkətlərdə auditor vəzifəsində olub.