Nijeqorod vilayətinin şirkətləri Azərbaycan kənd təsərrüfatı məhsulları alacaq | Banco.az

Nijeqorod vilayətinin şirkətləri Azərbaycan kənd təsərrüfatı məhsulları alacaq

"Vilayətdə məhsul istehsalının artım tempinin Rusiya üzrə orta göstəricidən 13% çox olmasına baxmayaraq, Azərbaycanla ticarət dövriyyəsi aşağı düşür".

Bunu Nijeqorod vilayətinin ticarət sənayesi və sahibkarlıq nazirinin müavini İqor Sazonov jurnalistlərə açıqlamasında deyib.

"Bu normal vəziyyət deyil. Çünki çoxlu ortaq marağımız var. İqtisadiyyatımız çoxşaxəlidir. Azərbaycanın maraqlı olduğu sənaye sahələri var", - deyə İ.Sazonov bildirib.

Əmtəə dövriyyəsinin səviyyəsindən danışan İ.Sazonov bu göstəricinin 2014-cü ildə 250 milyon dollar, 2015-ci ildə isə 80 milyon dollar olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu il göstəricidə 4,5 dəfə azalma var.

Ən sərfəli kredit üçün müraciət et

Nazir müavini, həmçinin Nijeqorod vilayətindən Azərbaycana iki şirkətin nümayəndələrinin gəldiyini qeyd edib. İ.Sazonov həmin şirkətlərin qənnadı məmulatlarının istehsalı üçün kənd təsərrüfatı məhsulları alacağını bildirib. Onun sözlərinə görə, tərəflər arasında mal axınını artırmaq üçün vilayətdə logistik mərkəzin yaradılması vacibdir və bu məsələ Bakıda müzakirə olunacaq.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et