Müəllif: Tamara Mustafayeva, Banco.az
Cari ilin birinci rübündən sonra ikinci rübdə də kiçilən Niderland iqtisadiyyatı tənəzzülə girib.
Banco.az xəbər verir ki, Niderland Statistika İnstitutu (CBS) 2023-cü ilin ikinci rübü üzrə iqtisadi artım templəri ilə bağlı əsas göstəriciləri açıqlayıb.
Məlumatlar göstərir ki, ilin ilk rübündə əvvəlki rüblə müqayisədə 0,4 faiz daralan ölkə iqtisadiyyatı ikinci rübdə də 0,3 faiz daralıb.
Bununla da, Avropanın ən mühüm iqtisadiyyatları sırasında olan Niderland durğunluq dövrünə, yəni tənəzzülə daxil olub.
Qeyd edək ki, ölkədə mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM də cari ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalıb.
Xatırladaq ki, istehlak xərclərinin və ixracatın azalması səbəbindən Niderland Kovid-19 pandemiyasının başlanmasından bəri ilk dəfə tənəzzülə girib.
Bizi sosial şəbəkələrdən izləyin!!