Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 15 oktyabr 2016-cı il tarixli qərarına əsasən "Naxçıvanbank" ASC-nin "Ordubad rayon" filialı və “Kapital Bank” ASC-nin “Bakı Limanı” şöbəsinin açılması üçün icazə verilib.
Palatadan verilən məlumata görə, sözügedən banklar tərəfindən struktur bölmələrinin fəaliyyətə başlamaları üçün MBNP-yə daxil olmuş müraciətlər müsbət dəyərləndirilib və onların açılmasına dair qərar qəbul edilib.
Mənbə : apa.az