Elon Musk-ın, beyin ilə kompüteri birləşdirəcək Neuralink adlı startapı, 27 milyon dollar investisiya aldı
Elon Musk-ın, beyin ilə kompüter arasında neyrointerfeys üzərində çalışan Neuralink adlı startapı, 27 milyon dollar investisiya cəlb edib. Bu haqda Banco.az portalı Technote saytına istinadən məlumat verir.
Müqavilənin digər maliyyə tərəfləri haqqında heç bir məlumat yoxdur. Lakin məlumdur ki, investisiya raundunda 12 investor iştirak edib.
Bu barədə xəbəri ilk verən, The Wall Street Journal-ın jurnalisti Rolfe Winker verib. O bu xəbəri öz Twitter hesabında paylaşıb. Bununla yanaşı onun sözlərinə əsasən investisiya raundu hələ də davam edir. Winker-in tweet-nə Musk özü şəxsən cavab verib və bildirib ki, şirkət, investor axtarışında deyil.
Lakin digər jurnalistlər belə bir nəticəyə gəliblər ki, Musk, bu startapa öz cibindən vəsait yatırıb və ya digər investorların vəsaitləri paylaşdırılıb. Qeyd etmək lazımdır ki, Neuralink, 2016-cı ildə təsis edilib və implantlaşdırma üçün nəzərdə tutulmuş neyrokompüter interfeyslərini yaratmaqla məşğuldur.
Musk-ın sözlərinə görə bu startap, ciddi travmaların və beyin patologiyaların həlli üçün insan beyninə elektronların yeridilməsi ilə məşğul olacaq.