Nəyə görə neftin qiymətinin kəskin düşməsi Norveçi təşvişə salmır? | Banco.az

Nəyə görə neftin qiymətinin kəskin düşməsi Norveçi təşvişə salmır?

Norveçin ən önəmli sənaye sahəsi neft sektorudur. Ölkədə ÜDM-nin 21,5%-i, bütün ixracatın isə demək olar ki, yarısı – 48,9%-i neft sektorunun payına düşür. Norveç 2013-cü ildə ən böyük neft istehsalçıları arasında 15-ci, ən böyük neft ixracatçıları arasında isə 11-ci yeri tutub. Ölkə eyni zamanda Qərbi Avropanın ən böyük neft istehsalçısıdır. Bu haqda Banco.az portalı, Caspianbarrel.org saytına istinadən  məlumat verir.

Ona görə də, mühüm bir milli resurs hesab olunan neft Norveçdə iqtisadiyyatın əsasını təşkil edir, ancaq Böyük Britaniyada olduğu kimi burda da vəziyyət əvvəlki kimi yaxşı deyil. Əsrin əvvəlindən bu yana 2001-ci ildə bir gün üçün 3,5 milyon barrel olan istehsal səviyyəsi 2014-cü ildə 1,9 milyon barrelə düşüb.

Norveç Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv deyil və prinsip etibarilə, neft qiymətlərini mövcud bazar əsasında müəyyənləşdirir. OPEC-in faktiki olaraq qiymətlərin qlobal səviyyədə müəyyənləşdirilməsi hüququ olması ilə Norveç əslində kartelin qiymət qoyulması ilə bağlı qərarlarına tabe olaraq qalır. Beləliklə, neft qiymətlərinin dəyişkənliyi Norveçə də təsir göstərir və bu təsir sektorun strukturu və Norveç iqtisadiyyatındakı rolu ilə əlaqədar olaraq cəmiyyətin bütün sahələrinə yayılır.

2014-cü ilin iyun ayından bəri neft qiymətlərinin kəskin şəkildə düşməsi, əlbəttə ki, Norveçə əhəmiyyətli dərəcədə təsir göstərib. Norveçin Mərkəzi Statistika Bürosu neft qiymətlərinin aşağı olmasına görə bu il üçün ÜDM proqnozunu 2,1%-dən 1%-ə qədər azaldıb. Daha sonra isə mərkəzi bank iqtisadiyyatı canlandırmaq üçün faiz dərəcələrini ən aşağı səviyyəyə – 1,25%-ə salıb. Neft sənayesi işçi qüvvəsinin təxminən 10%-i azaltdığına görə hardasa 12000 iş yeri bağlanmaqdadır, 30000-ə yaxın iş yerinin də bağlanacağı ilə əlaqədar narahatlıqlar var.

“Statoil” şirkəti və neft sənayesi

Norveçdə neft ölkənin neft istehsalının təxminən 70%-i idarə edən dövlətə məxsus “Statoil” şirkəti tərəfindən idarə olunur. Şirkət 2014-cü ilin üçüncü və dördüncü rübündə təəccübləndirici itkilər verdiyini bildirib – bu, şirkətin 2001-ci ildə fond birjasında siyahıya alınmasından bəri ilk itkisi olub. Şirkətin səhm qiymətləri də dörddə bir aşağı düşüb. Neft sektorunda iş yerlərinin bağlanması vəziyyəti nəzarət altına almaq məqsədilə ümumi və kapital xərclərinin azaldılması ilə əlaqədardır.

Ekspertlər qiymətlərin aşağı olmasının sektorun genişləndirilməsi üzrə xüsusi layihələrin gəlir gətirməsinə çətinlik törədəcəyini, yəni layihələrin təxirə salına, hətta ləğv edilə biləcəyini düşünürlər. Neft qiymətlərinin yüksək olması müəyyən investisiya qoyuluşlarını mümkün etmişdi, indi isə həmin investisiyalarla bağlı vəziyyət yaxşı deyil. Məsələn, “Statoil” şirkəti Şimal dənizində yerləşən “Snorre” və Barens dənizində yerləşən böyük “Johan Castberg” neft yataqlarına 6 milyard ABŞ dolları həcmində investisiya qoyulmasını təxirə salıb.

“Wood Mackenzie” konsaltinq şirkəti neft sektoru üzrə Norveçdə dəniz yataqlarına qoyulan investisiyaların bu il 25% azalacağı proqnozunu verir və bu göstəricinin sonrakı illərdə də azalacağı gözlənilir. Neft sənayesi üçün ən azı bir təsəlli var: 2019-cu ildə istehsala başlayacaq böyük “Johan Sverdrup” yatağı bir barrel neftin qiymətinin $40-dan aşağı olduğu halda da rentabelli olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda Norveç hökuməti bu yaxınlarda stimul yolu ilə neft və qaz quyularının qazılması üçün yeni lisenziyalar verəcəyini, eləcə də 1990-cı illərdən sonra ilk dəfə olaraq yeni kəşfiyyat sahəsinin açılacağını elan edib.

Hökumət eyni zamanda yüksək səviyyəli kəşfiyyat və inkişafa neft istismarı üçün nail olunduğu və neft sektorunun öz mövqeyini möhkəmləndirməli olduğunu irəli sürərək bu sahənin yeni şəraitə uyunlaşdırılmasına çağırıb.

Dövlət büdcəsi

Böyük Britaniyadan fərqli olaraq Norveçin KİV-də əsas xəbərlər istehsalçılar üzərinə qoyulan vergilərin azaldılması yox, dövlətin ölkə büdcəsində proqnozlaşdırılan gəliri əldə edə bilməməsidir. Bəzi ekspertlər belə düşünürlər ki, əgər bu hal davam etsə, bu il təqaüd fondu üçün yığılan faktiki gəlir yaradılan büdcənin yarısı qədər az ola bilər, bu da, şübhəsiz, bir zərbə olacaq.

Norveçin baş naziri Erna Solnberq və maliyyə naziri Siv Censen bu vəziyyət haqqında mətbuat konfransı keçiriblər və konfransda lazım gələrsə, hökumətin tədbir görməyə hazır olduğunu xüsusi vurğulayıblar, ancaq hələlik dövlət büdcəsinin vəziyyəti idarə etmək üçün kifayət qədər imkanları olduğunu bildiriblər. Bu, o deməkdir ki, aşağı gəlirlərin qaldırılması üçün büdcə xərclərinin azaldılması ilə bağlı hal-hazırda heç bir plan yoxdur.

Suveren sərvət

Norveçin böyük üstünlüyü Norveç hökumətinin neft pullarının saxlanıldığı Qlobal Təqaüd Fondunda 860 milyard dollar olmasıdır. Gələcək nəsillər üçün investisiya kimi nəzərdə tutulan bu fond dünyanın ən böyük suveren sərvət fondudur.

Norveç qlobal səhmlərin 1%-ə sahibdir və Avropa fond birjalarında ən böyük səhmdar hesab olunur. 5 milyondan çox əhalisi olan bir ölkə üçün bu, iqtisadi cəhətdən güclü bir mövqedir – bu da əsasən neft sayəsindədir. Neft sektorundan gələn gəlir təkcə iqtisadi artım üçün yox, eyni zamanda Norveçdə rifah dövlətinin qurulması üçün vacibdir.

Hökumət birbaşa xərclərdən daha çox investisiyalar üçün olsa da, büdcə maliyyələşdirilməsi üçün hər il fondun 4%-ə qədərini istifadə edə bilər. Bu ölkədə işşsizlik səviyyəsi də 4%-dən aşağıdır.

Sözün qısası, neft qiymətlərinin düşməsi Norveç üçün probemlər yaratsa da, heç bir halda fəlakətlə nəticələnmir. Ümumi reaksiya praqmatik xarakter daşıyır: Norveç qlobal bazarın əlindədir və ölkənin maraqlarına xidmət edən gəlirli neft sektorunu saxlamaq üçün əlindən gələni edəcək. Neftin ömür boyu davam edəcəyi və ya qiymətlərin həmişə yüksək qalacağı ilə bağlı xəyallar yoxdur və Norveç sisteminin qorunmağa çalışdığı təsirlər də elə bunlardır. Qısamüddətli itkilər gözlənilir, ancaq uzunmüddətli qazanclar üçün nikbinlik də davam edir.

Ən sərfəli krediti almaq üçün müraciət et