"DeepSeek" ucuz qiymətli yeni model hazırlayır | Banco.az

"DeepSeek" ucuz qiymətli yeni model hazırlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinli startap “DeepSeek” yeni süni intellekt modelini təqdim edib.

Banco.az xəbər verir ki, çinli süni intellekt şirkəti “DeepSeek” V3.2-exp adlı yeni modelini təqdim edib. Şirkət bu modelin xüsusi texnologiyası sayəsində API xərclərini 50% azalda biləcəyini açıqlayıb.

Modeldə tətbiq olunan DeepSeek Sparse Attention texnologiyası verilən əmrlərə uyğun kontekst pəncərəsini seçərək server yükünü azaldır və beləliklə xərcləri aşağı salır.

Şirkətin ilkin testlərinə görə, uzunmüddətli istifadədə sadə API çağırışlarının qiyməti yarıya qədər enə bilər. Model açıq mənbəli olub, Hugging Face platformasında pulsuz istifadəyə açıqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram