"Netflix"in gəlir və mənfəəti artıb | Banco.az

"Netflix"in gəlir və mənfəəti artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Netflix” qlobal internet televiziya şəbəkəsinin abunəçilərinin sayı 2023-cü ilin IV rübündə 13,1 milyon nəfər artıb.

Banco.az xəbər verir ki, “Netflix” 2023-cü ilin son rübü üzrə balans hesabatını açıqlayıb.

Hesabata görə, şirkətin ötən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artaraq 8,83 milyard dollara çatıb. 2022-ci ilin eyni dövründə şirkətin gəliri 7,85 milyard dollar olub.

Şirkətin xalis mənfəəti isə ötən ilin son rübündə 938 milyon dollar hesablanıb. “Netflix”in 2022-ci ilin dördüncü rübündə xalis mənfəəti 55 milyon dollar idi.

Şirkətin səhm başına mənfəəti də həmin dövrdə 12 sentdən 2,11 dollara yüksəlib.

“Netflix”in dünya üzrə abunəçilərinin sayı isə illik 12,8 faiz artaraq 260,28 milyon nəfərə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram