"Netflix"in abunəçi sayı III rübdə sürətlə artıb | Banco.az

"Netflix"in abunəçi sayı III rübdə sürətlə artıb

Tamara Mustafayeva, Banco.az

"Netflix"in abunəçi sayı bu ilin ilk iki rübündəki itkilərdən sonra üçüncü rübdə 2,41 milyon artıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qlobal internet televiziya şəbəkəsi "Netflix" bu ilin iyul-sentyabr ayları üzrə balans hesabatını açıqlayıb.

Buna görə, ilin III rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrünə nəzərən təxminən 6 faiz artaraq 7,93 milyard dollara çatıb. Ötən ilin eyni dövründə isə şirkət 7,48 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti isə III rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 4 faiz azalaraq 1,39 milyard dollar olub. Keçən ilin üçüncü rübündə "Netflix"in xalis mənfəəti 1,45 milyard dollar hesablanmışdı.

Şirkətin səhm başına qazancı da proqnozları üstələyərək 3,10 dollar olub.

Platformanın abunəçiləri isə ilin üçüncü rübündə 2,41 milyon nəfər artıb. "Refinitive"in hesablamalarına görə, bu ilin ilk iki rübündə abunəçilərini itirən "Netflix"in abunəçi sayının üçüncü rübdə 1,07 milyon artacağı gözlənilirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram