"Netflix"in abunəçi sayı 5 milyondan çox artıb | Banco.az

"Netflix"in abunəçi sayı 5 milyondan çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal internet televiziya şəbəkəsi “Netflix” bu ilin üçüncü rübündə 5 milyondan çox abunəçi qazanıb.

Banco.az xəbər verir ki, “Netflix” cari ilin üçüncü rübü üzrə balans hesabatını açıqlayıb.

Hesabata görə, şirkətin gəliri ilin üçüncü rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 9,8 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin gəliri 8,5 milyard dollar olaraq hesablanmışdı.

“Netflix”in xalis mənfəəti üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 41 faiz artaraq 2,4 milyard dollara yüksəlib. Şirkətin xalis mənfəəti 2023-cü ilin üçüncü rübündə 1,7 milyard dollar təşkil edirdi.

Şirkətin bir səhm üzrə qazancı həmin dövrdə 3,73 dollardan 5,4 dollara yüksəlib.

“Netflix”in abunəçilərinin sayı isə ilin üçüncü rübündə 5,07 milyon artıb. Bununla da şirkətin dünya üzrə abunəçilərinin sayı illik 14,4 faiz artaraq 282,72 milyon nəfərə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Netflix”in gəliri, xalis mənfəəti və abunəçilərinin sayı bu ilin üçüncü rübündə bazar proqnozlarını üstələyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram